Aparıcı Ece Erkenin keçmiş həyat yoldaşı Serkan Uçarın model Ceylan Çapanla gizlin görüşdüyü deyilir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızının adının Uçarla hallanmasını eşidən anası sakit oturmayıb.
"O şəxs bizə uyğun deyil. Ailəmizin adını ləkələyirsən. O adamla görüşməyini qadağan edirəm" - deyən anasının tövsiyəsini eşidən Ceylan bir müddət qadağaya qarşı çıxmayıb. O, Uçarın instaqram səhifəsindən öz fotolarına etdiyi şərhləri belə silərək, sevgilisi ilə əlaqəsini bitirdiyini göstərməyə çalışıb.
Lakin anasının bu günlərdə istirahətə getdiyini fürsət bilən Ceylan Uçarla gizli görüşməyə davam edib. Onlar Marmaris səmtində istirahət edərkən görünüblər.