“Eurovision 2016” üçüncüsü Rusiya təmsilçisi Sergey Lazarev 10 il ərzində Rusiya təmsilçiləri arasında ən yüksək tamaşaçı balı toplayan iştirakçı olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Eurovision 2016” mahnı müsabiqəsində tamaşaçı balına əsəsən 361 bal toplayan 33 yaşlı Sergey Lazarev Ukrayna təmsilçisi Camaləni keçib. Camalə tamaşaçılar tərəfindən 323 bala layiq görülüb.
Qeyd edək ki, Ukrayna təmsilçisi Camalə Stokholmda keçirilən “Eurovision 2016”da 534 səslə qalib olub.
Rəqsanə