Bu gün müğənni Rəqsanə İsmayılovanın 37 yaşı tamam olur.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova sosial şəbəkədə ad günü təəssüratlarını bölüşüb: “Bu gün ad günümdür. Bu günə qədər çox əziyyət gördüm, yıxıldım, amma ayağa qalxdım. Allahım məni bütün sınaqlardan çıxardı. Məni qınayan da oldu, başa düşən də. Yenə də Allahım dayanma gücü verdi. Demirəm, mən böyük insanam. Sadəcə, Allahım mənə səs verdi və xalqın sevimli Rəqsanəsi oldum. Heç zaman heç kimə yuxarıdan aşağı baxmadım, baxmaram da. Çünki məni Rəqsanə edən siz tamaşaçılarım oldunuz. Nə yaxşı ki, varsınız. Xoşbəxtəm ki, iki gözəl balam, ailəm var. Artıq 37 yaşım olur. Allahım bu günləri bizə çox görməsin. Doğuldum, həyata gəldim, insanları sevdim. Məni təbrik edən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm”.
Rəqsanə