Xalq artisti Aygün Kazımova Tofiq Bəhrəmov adına Respublika stadionunda "Qarabağ" və "Neftçi"nin final görüşündə konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, "Qarabağ" və "Neftçi" futbol komandalarına uğurlar arzu edən Aygün Kazımova stadionda sevilən mahnılarını, "Futbol", " Coffee from Colombia", "Azərbaycan", "Bir parça keks" və digər mahnılarını ifa edib.
Aygün Kazımova Nabranda iyunun 18-də "El Faro İstirahət Mərkəzi"ndə baş tutacaq konsertindən də danışıb: "Gözəl konsert proqramı ilə çıxış edəcəyik. Maraqlı nömrələr olacaq. "Orasına-burasına" mahnım ilk dəfə konsertdə səslənəcək. Çox maraqlı olacaq. Mahnının bəstəkarı Ceyhun Əliyevdir".
Rəqsanə