26 May 2016 15:52
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyan müğənni İnqrid Alberini yenidən Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, müğənninin bu səfərində məqsəd yeni albomunu təqdim etməkdir.

Mətbuat konfransı keçirən müğənni albomun Azərbaycanda istehsal olunduğunu bildirib. Albomun hazırlığında bəstəkar Gövhər Həsənzadə, oranjimançı Yaşar Baxış yaxından iştirak edib.

Albomda Azərbaycan, ingilis, fransız və italyan dillərində mahnılarla yanaşı xalq mahnımız olan “Sarı gəlin” də yer alır. Musiqilər müğənninin həm Azərbaycanda, həm də əcnəbi ölkərində verdiyi konsertlər zamanı səsləndiriləcək.

Müğənni ötən il Bakıda Vaqif Nağıyevlə birgə ifa etdiyi “Ümid yağışı” mahnısına çəkdiyi klipini təqdim etmişdi.

Pərvin


Müəllif:

Oxşar xəbərlər