26 May 2016 18:11
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk kinosunda “Sultan” ləqəbi ilə tanınan Türkan Şoray universitetlərin birində təşkil olunan tədbirdə maraqlı açıqlamalar verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,tədbirdə Şoray ən böyük arzusunu etiraf edib: “Universitetin qapısından içəri girincə sanki möcüzəli bir məkana daxil oldum. Həyatda ən böyük istəklərimən biri də ali təhsil almaqdır. Bunu edə bilmədim.

Peşəm universitetim oldu. İndi elə bilirəm ki, sizlərlə bərabər təhsil alıram. Kaş elə bir imkan olsa və məni bu yaşdan sonra tələbə kimi universitetə qəbul etsələr…”

“Həyatım film çəkilişlərində keçdi. Kino möcüzəli bir sahədir. Və ən təsirli sənət növlərindən biridir. Kino xadimi olduğum üçün qürur duyuram. Öyrənməyin sonu yoxdur. Bu zamana kimi 220 filmdə çəkildim, 5 filmə quruluş verdim. Bunlara rəğmən “daha nələr öyrənməliyəm” açlığı içərisindəyəm…”

Pərvin


Müəllif:

Oxşar xəbərlər