29 May 2016 01:12
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər" telekanalının aparıcı Zaur Kamal "5/5" verilişində müğənni Manaf Ağayevi biabır edib.

Axşam.az-ın məlumatına görə, aparıcı ifaçının sirrini açaraq, bunları deyib:

"Toyların birində Manaf Ağayev səs rejissorunun onunla eyni pencəkdən geyindiyini görüb. Çıxardıb ona 150 manat verib ki, toyun sonuna kimi pencəyi geyinmə, qoy təkcə məndə olsun. Sən demə, bu pencəkdən Azərbaycanda iki nəfərdə varmış. Biri Manafda, digəri Vasif Məhərrəmlidə imiş. Vasif pencəyini səs rejissoruna verib və deyib ki, bunu geyin, Manaf mütləq toya onu geyinəcək".

Verilişə telefonla zəng edən M.Ağayev Z.Kamalın dediklərini təsdiqləyib.


Müəllif: