30 May 2016 02:11
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

39 yaşlı milyader Aleksandro Santo Dominqo Velinqtonun 9-cu hersoqu, biznesmen Artur Uelslinin qızı Şarlotta Enn Uelsli ilə ailə həyatı qurub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın Qranade şəhərində keçirilən toy mərasimində 200 nəfər qonaq iştirak edib. Onların arasında yeni evlənənləri təbrik etmək üçün məşhur model Yeva Hersiqova , müğənni Ceyms Blant, keçmiş İspaniya kralı I Xuan Karlos və başqaları olub.

Qeyd edək ki, 11 milyard dollar sərvəti olan Aleksandro Santo Dominqo “Miller”, “Grolsch”, “Pilsner” kimi pivə brendlərinin sahibidir.


Müəllif: