“Kara sevda” serialında “Asu” obrazını canlandıran “Mıss Turkey 2011” gözəli Melisa Əsli Pambıq rəfiqəsi Əlif Atbaş tərəfindən təhdid edildiyi üçün məhkəməyə müraciət edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Melisa Əsli Pambığı rəfiqəsi “Porno görüntülərin var. Rəzil olacaqsan" deyərək təhdid edib. Model rəfiqəsi tərəfindən üzünə şüşə atılmaqla və öldürülməklə də təhdid edildiyi üçün prokurorluğa şikayət edib.
Bu şikayət əsasında Əlif Atbaşa 1 il həbs cəzası verilib. Hədələrdən qorxan Türkiyə gözəli iddiadan imtina edib.
Yenidən hədələnən modelin şikayəti əsasında Əlif Atbaşa cinayət işi açılıb.
Bu dəfə Əlif Atbaş 6 ay 15 gün müddətində həbs edilib.
Rəqsanə