Xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
Teleqraf.com xəbər verir ki, Firəngiz Mütəllimova ilk dəfə ATV-də həmkarı Yaşar Nurinin ona içkili vəziyyətdə sevgi etiraf etdiyini deyib: “Yaşar heç vaxt mənə sevgi etirafı etməyib. Düzdür, hərdən içkili vəziyyətdə sevgi etirafı edib. Guya məni qısqanıb. Mən bilirdim ki, Yaşar sənət dostu kimi məni çox istəyir, mən də onu”.
Firəngiz Mütəllimova ailə qurub ayrılsa da, heç vaxt gəlinlik geyinmədiyini bildirib: “Həyatda gəlinlik geyinməmişəm. Amma teatr tamaşalarında gəlinlik çox geyinmişəm. Həyat yoldaşımla Londonda yaşayırdım. O cənubi azərbaycanlı idi. Övladım olmadı və eləcə də yaşamaq istəmədiyimə görə həyat yoldaşımdan ayrıldım”.
Rəqsanə