Rəqqasə Aytən biznes fəaliyyətinə başlayıb.
Teleqraf.com xəbər verir ki, rəqqasə Aytən “Oriental” adlı ayaqqabı butikinin açılışını edib.
Rəqqasənin saytımıza açıqlamasına görə, ayaqqabıların qiyməti münasibdir və bütün təbəqə üçün nəzərdə tutulub: “Hər qiymətə ayaqqabılar satılacaq. Hər ayaqqabıdan yeddi ədəd olacaq. Gələcəkdə kişilər üçün sürprizim olacaq. Ayaqqabı mənim hobbimdir və ona görə bu sahədə biznesə başladım. Ayaqqabıların modelləri mənə məxsusdur və dərisi İtaliyadan gətirilir. Biznesə külli miqdarda pul yatırmışam. Xanımlarımız niyə xarici ölkədən 2 minə ayaqqabı alsınlar? Məsələn, tanınmış brendin ayaqqabısının qiyməti 2500 dollardırsa, formasını bir az dəyişdirib, 400 manata satacağıq”.
Rəqsanə