20 İyun 2014 16:18
7 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Əmrahın evlənməsi ilə bağlı xəbər vermişdik.

Teleqraf.com xəbər verir ki, qapalı keçirilən toydan fotolar bu gün Türkiyə mətbuatında işıqlandırılıb.

Xatırladaq ki, 44 yaşlı Əmrah Ərdoğan 3 ildir birlikdə olduğu Sibel Kirer ilə nikaha daxil olub.

Məlumatlara görə, müğənni özündən 10 yaş kiçik həyat yoldaşı Sibel Kirer ilə evlənməzdən öncə əmlakı barədə ona sənəd imzaladıb. Müqaviləyə əsasən Sibelin Əmrahla evli olduğu müddətdə müğənnin aldığı mallarda payı olmayacaq.

Daha bir xəbərə görə, Sibel Kirer 5 aydır hamilədir. Əmrahın ikinci dəfə ata olacağı deyilir.
Qeyd edək ki, sadə toy mərasiminə təkcə bəylə gəlinin ailə üzvləri və yaxın dostlarından ibarət 70 nəfər qatılıb.

Aytən Həsənova


Müəllif: