“Kara Sevda”nın “Kamal”ı Burak Özçivit sevgilisi Fahriyə Evcənin ad günü üçün parti təşkil edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Burak Özçivit gecənin qeyd edildiyi məkanın ikinci mərtəbəsini bağlatdıraraq Fahriyəyə sürprizlər edib. Ad günü tortunu kəsən Fahriyə Evcən sevgilisinə sarılıb göz yaşlarını saxlaya bilməyib. Partinin sonunda məşhur cütlük harmandalı rəqsini oynayıblar.
Rəqsanə