Məşhur türk müğənnisi Gülben Ərgən keçmiş həyat yoldaşı ilə mətbuatda yayılan fotolarına aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, övladlarının məktəb iclasına birgə gedən Gülben Ergen və keçmiş həyat yoldaşı, “Anadolu atəşi” rəqs qrupunun bədii rəhbəri Mustafa Erdoğan səmimi münasibətləri ilə diqqət çəkiblər.
İclasın ardından övladları ilə kafedə oturan Gülbən və Mustafa çıxışda kameralara tuş gəliblər. Həmin an jurnalistlərə heç bir açıqlama verməyən müğənni fikirlərini sosial şəbəkə vasitəsilə ifadə edib: “Ana və ata bir-birilərinə olan küskünlüklərini, şəxsi anlaşmazlıqlarını bir qırağa qoyub, valideyn imtiyazının gətirdiyi hörməti hər şeydən üstün tutduqda yalnız bir ürəyə xidmət edərlər: övladlarının ürəklərinə…
Ana-ata uşaqları üçün lazım olan hər yerdə, hər zaman bir arada olmalıdırlar. Ayrılsalar belə, bitməyən dostluğa görə övladları özlərini yaxşı hiss edərlər.
Ər-arvad boşanar… Qadın və kişi ayrılar… Ana və atalar isə vəzifələrinə həmişə davam edərlər”.
Pərvin