Məşhur müğənni Şakira və futbolçu həyat yoldaşı Jerar Pike uşaqları ilə birlikdə tətilə yollanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, İbiza adasında dincələn cütlük Avropa çempionatı 2016-dan əvvəl enerji yığır.
Şakira və Pike övladları Saşa və Milanı da özü ilə birlikdə aparıb. Dənizə girən cütlük ətrafdakı insanlara əhəmiyyət vermədən, tez-tez öpüşüb.