6 İyun 2016 23:34
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

"28 Cinema"da "Yalan illüziyası-2" filminin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, filmin təqdimatında xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Nura Suri, İlhamə Qasımova iştirak edib.

Xarici filmləri sevdiyini bildirən Faiq Ağayev daha çox fantastik filmləri izlədiyini deyib: "Yalan illüziyası-2" filmində Morqan Friman çəkilib. Onun filmləri xoşuma gəlir. Onu da deyim ki, Azərbaycanda film sahəsi inkişaf edir".

Faiq Ağayev onu da deyib ki, filmlərdən təklif almır: "Qorxurlar ki, çox qonorar istəyərəm".

Qeyd edək ki, "Yalan illüziyası-2" filminin rejissoru Lui Leterye, rollarda isə Mark Rufallo, Vudi Xarrelson, Morqan Friman kimi məşhur Hollivud ulduzları çəkiliblər.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər