1 İyun 2017 22:12
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstələndiyi üçün uzun müddət məktəbə gedə bilməyən Ahmet Dinleyici bütün suallara düz cavab verərək birinci olub.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hatay vilayətində yaşayan Ahmet Dinləyici ev şəraitində təhsil alıb. 14 yaşlı şagird buraxılış imtahanında 120 sualın hamısına düzgün cavab yazıb.

Sümük boşluğu xəstəliyindən əziyyət çəkən Ahmet Dinləyici ona yardımlarını əsirgəməyən müəllimlərinə minnətdarlığını bildirib.


Müəllif: Ruslan Xəlil