2 İyun 2017 13:57
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta İnstaqram hesabındakı paylaşımı ilə diqqəti özünə çəkib.

Teleqraf.com xəbər verir ki, ironiyalı paylaşımda Yelizaveta hər zaman onu atasının gəlirlərinə uyğun olmayan dəbdəbəli həyat sürməkdə ittiham edənlərə səslənib:

"Vicdanım sızlayır. Heç yerdə yata bilmirəm: heç bir yaxtada, heç bir sarayda. Heç bir köməkçi məni sakitləşdirə bilmədi. Zühur vaxtı yetişib. Mən, Yelizaveta Dmitriyevna Peskova, ölkənin baş milyarderinin, oğrusunun və prezidentin sözçüsünün qızıyam. Bu mənim yazdığım ilk mətndir. Qalanları isə sifariş idi. Bütöv komanda piar üçün qul kimi işləyir və mən onlara sizin pulunuzu ödəyirəm. Mənim qida rasionuma xərçənglər, avstraliya qozu, zəfəran, ağ balığın və yengəclərin kürüsü daxildir.

Bunlar sizin kasıb cibinizə görə deyil. Mənim cibim 60 karatlıq brilyant ilə toxunub".

Qeyd edək ki, Dmitri Peskovun 2016-cı il üçün gəliri 12,8 milyon rubl (386,5 min AZN) olub. Onun həyat yoldaşı gimnast Tatyana Navka isə 120,8 milyon rubl (3,648 milyon AZN) qazanıb.


Müəllif: Samir