2 İyun 2017 14:31
2 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə yanacaq daşıyan yük maşınından benzin götürən insanlar hər kəsin heyrətinə səbəb olub.

Missiya.Az xəbər verir ki, videonun Azərbaycanın qərb bölgəsində çəkildiyi ehtimal edilir. Görüntülərdə tonlara benzin daşıyan yük maşınının çənindən yanacağın yerə töküldüyü öz əksini tapıb.

Yerli sakinlər isə bundan istifadə edir və heç bir təhlükəsizlik tədbiri görmədən yerə axan benzini qablara doldururlar.

Hətta sakinlər bir-birlərinə siqaret yandırılmaması barədə xəbərdarlıq da edirlər. Yük maşınının çəninin niyə deşildiyi məlum deyil.


Müəllif: Teleqraf.com