3 İyun 2017 14:53
565

Almaniyanın məşhur "Şpigel" jurnalı ABŞ prezidenti Donald Trampın iqlim razılaşmasına dair Paris sazişindən çıxmasını nəzərdə tutaraq üz qabığına "Həqiqətən dünyanın sonu çatdı" manşetini verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, düz bir il qabaq, jurnalın iyun nömrəsindəki əsas manşeti də Donald Trampa həsr olunub və eyni ifadə işlənib.

"Şpigel" ötən il Donald Tramapın ABŞ prezidenti seçilmə ehtimalını planeti gözləyən meteroid kimi qiymətləndirib və üz qabığına bu ifadəni yazıb: "Dünyanın sonu gəlir..."


Müəllif: Mahir
Загрузка...