3 İyun 2017 17:26
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada doğum və ölüm sayı azalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hökumət tərəfindən aparılan araşdırma zamanı 2016-cı ildə döğulan və ölənlərin sayının kəskin aşağı düşdüyünü ortaya qoyub.

Araşdırmanın nəticələrinə görə, 2016-cı il digər illərlə müqayisədə 28.698 nəfər az olmaqla dünyaya 976.979 körpə gəlib. Bu, əhali sayının 1899-cu ildən üzü bəri qeyd olunan ən az doğum rəqəmi sayılır. Ölkədə doğulan körpə sayı ilk dəfə 1 milyondan aşağı olub, ölən adamların sayı isə İkinci Dünya Müharibəsindən sonra 1 milyondan 307.765-ə düşüb.

Həmçinin nəticələrə görə, ölkədə doğum nisbəti ötən əsrin 70-ci illərindən bu yana get-gedə düşməkdədir.


Müəllif: Şəfiqə Nazimqızı