3 İyun 2017 23:05
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiya şirkəti Əpl və sosial media nəhəngi Feysbukdan sonra axtarış sistemi Quql da gələcəkdə ehtiyac olduğu zaman məlumat mərkəzi qurmaq üçün Danimarkadan ərazi aldı.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şirkət Frederikia şəhərində satın aldığı 73,2 hektar əraziyə 65 milyon krondan çox pul ödəyib.

Şirkət hələ satın aldığı ərazini yaxın gələcəkdə istifadə etməyəcəyini açıqlasa da, həmin torpaq sahəsinə yaxın ərazidə indidən işlər başlayıb. Ərazinin sahibi olan Fredikia Bələdiyyəsi Quqla aid ərazinin yanındakı torpaq sahəsində 150 kilovatsaat gücündə elektrik stansiyası tikməyə başlayıb.


Müəllif: Şəfiqə Nazimqızı