4 İyun 2017 14:47
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş futbolçusu Əmrə Aşiqin bacıları həyat yoldaşı Yağmur Aşiqi məhkəməyə verib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, evlərinin bağçasında tapdığı bayquşu baytara aparan və orada mübahəsə edən Yağmur Aşiq həmin gün iki baldızı ilə də dalaşıb. Yağmur Aşiq əvvəllər birgə biznesi olan Qiymət adlı baldızına təhqiramiz sözlər deyib.

Əmrə Aşiqin digər bacısı Aynur mübahisəyə son qoymaq üçün araya girib, lakin Yağmur Aşiqin yumruq zərbələrinə məruz qalıb. Nəticədə eks-futbolçunun bacıları qardaşlarının həyat yoldaşından polisə şikayət ediblər. Yağmur Aşiq iddiaları təkzib edərək, özünün təhqirə məruz qaldığını bildirib.

Kamera görüntülərinə əsasən istintaq başlayıb. Yağmur Aşiq barəsində qəsdən bədənə xəsarət yetirmə, təhqir və təhdid maddələri üzrə 7 ilə qədər həbs cəzası istənilib.


Müəllif: Kəmalə