18 İyun 2017 15:45
2 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Kaliforniya üzərində Uçan Naməlum Obyekt görünüb.

Teleqraf.com-un ura.nyus-a istinadən xəbərinə görə, səmada sirli obyekti görən alimlər onun UNO olduğu qənaətinə gəliblər.

"Uçan boşqabı" Los Anceles aeroportu yaxınlığında işə gedən alim görüb. Onun sözlərinə görə, UNO qara rəngdə olub, hərəkət edərkən, onun forma və ölçüləri dəyişib.

Alim əvvəlcə səmada gördüyü obyekti vertolyot və ya pilotsuz aparat hesab edib. Lakin səmadakı obyektdən hava gəmiərinə məxsus hç bir səs eşidilməyib. Həm də UNO müasir hava gəmilərindən öz formasına görə fərqlənir. O, səmada metal maye kimi axıb. Nation Nyus yazır ki, bir qədər sonra uçan obyekt gəmi forması alıb və gözdən itib.


Müəllif: Nilufər