1 İyul 2017 22:14
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada gənc bir vəkilin xeyriyyəçilik məqsədilə özünü auksiona çıxarması ölkədə səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyində çalışan və ötən il çılpaq fotolarının yayılması ilə diqqət çəkən 25 yaşlı Anastasiya dünən uşaq hüquqları dərnəyi üçün vəsaitin toplanması naminə təşkil olunan bir auksiona qatılıb. Onun təklifi özüylə unudulmaz səhər yeməyi olub. Durmadan artan rəqəmlər auksionun sonunda az qala yarım milyon dollara çatıb. Belə ki, adının açıqlanmasını istəməyən bir şəxs Anastasiya ilə qəlyanaltı üçün Uşaq Cərrahiyyə İnstitutunun balansına tam 442 min dollar pul ödəməli olub. Həmin şəxs auksionda təklifi Yelena Feysun adlı bir qadının vasitəsilə çatdırıb.

Qeyd edək ki, Anastasiyanın bu hərəkəti bəzi siyasətçilərin xoşuna gəlməyib. Onlar bu xanımın ölkənin siyasi imicini zədələdiyini və qeyri-ciddi görüntü yaratdığını söyləyiblər.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər