2 İyul 2017 18:14
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

On bir yaşlı Alyaska sakini Elliot Klark doğmalarını ayının hücumundan xilas edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Assoşieyted Press”ə ştat polisindən xəbər veriblər.

İnsident ötən həftə baş verib. Elliot, onun atası, əmisi və əmisi oğlu meşədə gəzdikləri vaxt yırtıcı onun əmisinə hücum edib.

Oğlan özünü itirməyib və dərhal nişan alaraq ayını güllə ilə vurub. Elliotun atasının sözlərinə görə, birinci güllə ayını çiynindən yaralayıb, ikinci güllə isə onun burnundan dəyib. Ata, həmçinin bildirib ki, onları Elliotun silahı çiynində deyil, əlində daşıması xilas edib.


Müəllif: Səxavət