5 İyul 2017 22:43
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideynləri ilə mübahisə edən 16 yaşlı oğlan intihara cəhd edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Çinin Uxa şəhərində baş verib.

Yeniyetmə 12-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü atmaq istəyib. Hadisə yerinə gələn xilasedicilər onu fikrindən daşındırmağa çalışıb.

Bu zaman 13-cü mərtəbədən ip ilə sallanan xilasedici oğlanı təpiklə mənzilə doğru itələyib. Bununla da yeniyetmə xilas edilib.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir