8 İyul 2017 17:15
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar Rusiyanın Rostov vilayətində XIV əsrə aid unikal çini qablar tapıblar.

Teleqraf.com xəbər verir ki, qablardan biri qədim İran qablarına bənzəyir.

Arxeoloqlar fil başı formasında olan güldan qulpunu əsas tapıntı sayırlar. Əvvəllər Qızıl Orda ərazisində belə əşya aşkarlanmayıb.

Güman edilir ki, bu qablar Rusiya ərazisinə Asiya ölkələrindən gətirilib. XIV əsrdə həmin qablar dövr üçün çox dəyərli və bahalı qablar sayılıb.


Müəllif: Könül Əlibəyli