11 İyul 2017 08:33
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin ən böyük turizm firması olan “S-trip”in apardığı araşdırmaya görə, ölkə turistləri ötən il dünyada 261 milyard dollar xərcləməklə “Ən çox pul səpən turistlər” siyahısında birinci olublar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dünya turizm xərclərinin təxminən 21 faizi çinlilərin üzərinə düşür. Çindən xaricə gedən turistlərin sayı son 12 ildə hər il 10 faizdən çox artır.

ABŞ, Kanada və Sinqapurun da daxil olduğu bir çox ölkələr Çin vətəndaşlarına 10 illik viza verir.

Xaricə gedən turist sayının çoxalması Çin hava yolu şirkətlərini keçən il 260 beynəlxalq reysi tənzimləməyə məcbur edib.

Mütəxəssislər xaricə gedən çinli turistlərin sayının artmasını yerli pul vahidi yuenin möhkəmlənməsi, hökumətin turizm sektorunu təşviqi və viza asanlığı ilə əlaqələndirirlər.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər