25 İyul 2017 16:14
3 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ay əvvəl aşkarlanan və planetimizdən 11 işıq ili məsafədə yerləşən “Ross 128” adlı kiçik ulduzdan gələn vaxtaşrı sinqallarla bağlı ilk açıqlama yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, elm dünyası bir həftədir “Ross 128” adlı kiçik bir ulduzdan gələn siqnalları araşdırır. Keçən həftə Arekibo rasadxanasının yaydığı açıqlamaya görə, elm adamları mayın 12-də nəhəng radioteleskopdan siqnallar alıblar.

Porto Riko Universitetində çalışan astrobioloq bildirib ki, həmin ulduzdan vaxtaşrı siqnallar gəlir. O, hesab edir ki, siqnalları yadplanetlilər göndərə bilər.

Günəşdən 2800 qat daha parlaq olan “Ross 128” haqqında yeni açıqlamaya görə, həmin siqnallar planetimizdən təqribən 35 min km yuxarıda, dünya ilə eyni səviyyədə fırlanan peyklərdən gəlir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər