11 Avqust 2017 23:37
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunun Nügədi kənd sakini İbrahim Seyidov eşşəklə şəkil çəkdirənlərdən pul qazanmaq məqsədilə onu bəzəyib.

Lakin ona gələn hədiyyələrdən sonra uzunqulaq kənddə bəxt açan kimi tanınmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, “İlk gün eşşəyi gətirdim bir qız tərsinə mindi. 1 ay sonra qız evləndi. Mənə maşınla xonça gətirdilər. Buna minən qızların bəxti açılır. Şəkil çəkdirmək üçün 1 manat alıram. Bəxt açdırmaq üçün 100 manat alıram. Hər gün 20-60 manat arası qazanıram”, - heyvanın sahibi İbrahim Seyidov deyib.
Uzunqulağın sahibi deyir ki, bəxtin açılması üçün əməl olunmalı qaydalar var. Bunun üçün gənc qızlar Donquşun üzərinə tərsinə oturmalıdır. ( ARB)

Mövzu ilə bağlı reportajı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər