Qadınlar üçün özəl “çəhrayı nəqliyyat” layihəsi yenə Türkiyə gündəminin əsas mövzusuna çevrilib. Çəhrayı avtobus, vaqon, taksi kimi proyektlər fərqli vaxtlarda ölkədə müzakirə olunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən bildirir ki, işin davamı olaraq Malatyada da “çəhrayı tramvay” layihəsi gerçəkləşdiriləcək. Belə nəqliyyat vasitəsindən yalnız qadınlar istifadə edir.
“Çəhrayı avtobus” layihəsi bu yaxınlarda ictimai nəqliyyatda qadınlarla bağlı baş vermiş cinayətdən sonra təkrar müzakirə mövzusuna çevrilib.
Bəzi qadın təşkilatları isə hesab edir ki, bu addım zərif cinsə qarşı zorakılığın önlənməsində həll yolu deyil.
Qeyd edək ki, bu təklif ilk dəfə Səadət Partiyasının İstanbul qadın təşkilatı tərəfindən 2012-ci ildə irəli sürülüb. 2015-ci ilin martında isə Şanlıurfada tətbiq olunub.