31 Avqust 2017 23:13
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Aerokosmos Elm və Sənaye Korporasiyası sürəti saatda 4 min kilometrə çatan qatar hazırlamağı planlaşdırır.

“HyperFlight” qatarının ərsəyə gətirilməsində 20-yə yaxın Çin və xarici şirkət iştirak edəcək.

Layihənin 3 mərhələdə reallaşdırılması nəzərdə tutulur.

Birinci mərhələdə saatda 1000 kilometr sürətlə hərəkət edən regional qatarlar işə salınacaq. İkinci mərhələdə saatda 2000 kilometr sürətlə hərəkət edən qatarlar ölkənin iri meqapolislərini birləşdirəcək.

Üçüncü mərhələdə isə “HyperFlight” qatarlarının Çin hüdudlarından kənara çıxmağı nəzərdə tutulur.
\Trend\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər