7 Sentyabr 2017 00:22
5 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bir kəndlinin tarlasına ov etməyə gedən Volkan Türk adlı vətəndaş həyatının şokunu yaşayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Bolu ərazisində baş verib. Səhər saatlarında dostları ilə ova gedən Volkan Türk gözlənilmədən donuz sürüsü ilə qarşılaşıb. Donuzların birini sürüdən ayıran 5 ov iti sonda çətin anlar yaşayıb.

Donuzla təkbətək mübarizəyə çıxan itlər vəhşi çöl donuzunun zərbələrindən qurtula bilməyiblər. İtlər ağır yaralar alıb.

Dərhal yaxınlıqdakı bələdiyyə veterinarına çatdırılan heyvanlara tibbi yardım göstərilsə də, ikisinin vəziyyəti ağır olaraq qalır.

V.Türk itlərini ağır yaralayan çöl donuzunu tüfənglə öldürüb. Sonra isə sürü ilə qaçan donuzlara ard-arda atəş açıb.


Müəllif: Elçin Murad