Sankt-Peterburqda yaşayan azərbaycanlı cütlüyün toy mərasiminə helikopterlə gəlməsi bütün Rusiya və Azərbaycan mediasında səs-səda doğurub.
Teleqraf.com xəbər verir ki, helikopterlə toy məkanına gələn bəy və gəlin qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Toyun aparıcısı, bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə paylaşdığı videoda Nihat və Aynur adlı cütlüyü təqdim edib. O, həmin görüntüləri İnstaqramda paylaşaraq, yazıb:
“Toya kartejlə gəlmək artıq dəb deyil! Vertolyot “xoroşo”. Toyu Murad Arif aparanda, bəylə gəlin də helikopterdə gələr da bə... Xoşbəxt olun, Nihad və Aynur...”
Həmin görüntüləri təqdim edirik.