17 Sentyabr 2017 20:12
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Kerala Kənd Təsərrüfatı Universitetinin alimləri insan saçlarından ətraf mühit üçün zərərsiz maye gübrə hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, ilkin çöl tədqiqatları zamanı müsbət nəticələr əldə edilib. Xammal qismində yerli bərbərxanalardan əldə edilən saçlar yuyulduqdan sonra qızdırılaraq tünd substansiya vəziyyətinə çatdırılıb. Aparılan analizlər insan saçlarının azot, fosfor, kalium, kalsium, maqnezium və kükürdlə zəngin olduğunu göstərib.

Tədqiqatlar zamanı saçlardan hazırlanmış mayenin sintetik gübrələrlə müqayisədə bitkiləri daha tez inkişaf etdirdiyi məlum olub. Yeni gübrə növü kimyəvi gübrələrdən istifadəni azaldacaq, həmçinin Hindistanın sutəmizləyici sistemlərində ciddi problemlərə səbəb olan insan saçlarının utilizasiyasına imkan yaradacaq.

Yeni gübrənin hazırlanmasında insan saçları ilə yanaşı, heyvandarlıq tullantılarından – lələk, yun və buynuzlardan da istifadə edilməsi nəzərdə tutulub. (Trend)


Müəllif: Teleqraf.com