Müğənni Britni Spirs olimpiya oyunlarına hazırlaşır. Lakin o, bu dəfə müğənni kimi yox, yüngül atletika üzrə idmançı kimi çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ifaçı İnstaqram səhifəsində məlumat verib.
O, məşq prosesindən görüntülər paylaşaraq, yazıb: “Şadam ki, Olimpiya oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək. Artıq hazırlıqlara başlayırıq”.
Videonu görən izləyicilər Britniyə uğurlar arzulayıb və “İşləməyə davam et” kimi şərhlər yazıblar.
Ancaq müğənnini ələ salanlar da olub. Onlar 11 il sonra keçiriləcək idman oyunlarına indidən hazırlaşmağı mənasız hesab ediblər.