Hindistanda depressiyadan əziyyət çəkən Maqsud Xan adlı şəxsin mədəsindən çıxanlar hər kəsi təəccübləndirib. Teleqraf.com xəbər verir ki, Hindistanın Madhya Pradesh şəhərində yaşayan M.Xan qarın ağrısı şikayətilə xəstəxanaya müraciət edib.
Həkimlər onun mədəsindən 263 ədəd qəpik, 100 ədəd mismar çıxarıblar. Mismarların ağırlığı 1,5 kilo olub. Bundan başqa 35 yaşlı kişinin mədəsindən kəlbətin, daş, ülgüc, şüşə parşaları da tapılıb. Çıxarılan əşyaların ümumi çəkisi 7 kilo olub.
3 aydır depressiyada olan Xan bu müddət ərzində zərərli əşyaları mədəsinə ötürüb. O, son günlərə qədər qəbul etdiyi metallardan dolayı heç bir narahatlıq keçirməyib. Bir neçə gün öncə M.Xanın mədəsində qanaxma olub və yaxınları onu həkimə gətiriblər.
Uğurlu əməliyyatdan sonra M.Xan bir daha bu halı təkrarlamayacağına söz verib.