Bu il oktyabr ayının sonunda Bakının mərkəzində qəribə adamın peyda olması ilə bağlı yayılmış xəbərə aydınlıq gətirilib.
Teleqraf.com xəbər verir ki, "Nizami" küçəsində ("Tarqovı") müasir insanlar arasında dolaşaraq yarıçılpaq geyimiylə diqqət çəkən bu insan, heç demə, reklam rolikinə çəkilirmiş.
Qeyd edək ki, həmin vaxt şəhərin mərkəzində cin kimi gəzən bu əcaib varlıq bəzilərini qorxutmuş, bəzilərinin marağına səbəb olmuş, hətta video-görüntüyü də alınmışdı.
Çəkilmiş rolikdən yeni görüntüləri təqdim edirik.