8 Dekabr 2017 08:42
2 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur astroloq Pavel Qloba 2018-ci ili dəyərləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, gələn ilin dünya üçün çox ağır olacağını bildirib.

Astroloqun fikrincə, dünyadakı iqtisadi böhran dərinləşəcək: “Böhran 2020-ci ildən sonra aradan qalxmağa başlayacaq. İqtisadi böhran nəticəsində dünyadakı güclərin sırası dəyişəcək”.

Qloba gələn il ABŞ-ın dünyadakı şəksiz lider statusunu itirəcəyini vurğulayıb: “Ümumiyyətlə, bu ölkəni 2018-ci ildə çox pis hadisələr gözləyir. Rusiya, Çin və Hindistanın baş rol aldığı Avrasiya İttifaqı dünyanın geosiyasi arenasına daxil olacaq”.


Müəllif: Samir

Oxşar xəbərlər