Dünyanın ilk kosmonavtı Yuri Qaqarin yadplanetlilərlə ünsiyyətdə olub və hətta bu haqda SSRİ rəhbərliyinə məlumat verib. Bundan sonra baş verənlər isə ikiqat maraqlıdır.
Teleqraf.com xəbər verir ki, ufoloqların dəfələrlə bu məsələ ətrafında söylədiyi fikirlərdə dünyanın ilk kosmonavtının yadplanetlilərə əlaqəyə keçməməsinin mümkünsüzlüyü vurğulanıb.
Onların fikrincə, insanlarla bağlı nə qədər ehtiyatlı olsalar da, gəlmələr kosmosa çıxan ilk insanla əlaqəyə girməliydilər. Bu da Qaqarin Yerin orbitinə daxil olan kimi baş verib. Nümunəvi kommunist kosmonavt yadplanetlilər ona susmağı tapşırsaydı belə, susa bilməzdi.
Bildirilir ki, məhz yadplanetlilərlə görüşü haqda hesabat da onun ölümünə, yaxud da onlar tərəfdən oğurlanmasına səbəb olub. Bundan başqa onlar ABŞ və SSRİ rəhbərliyinin dəyişdirilməsinə də təsir göstəriblər. Çünki Kennedi yadplanetlilər haqda məlumatları ictimailəşdirməyə, Xuruşşov isə kosmosun vaxtından əvvəl sovetləşdirilıməsinə çalışmışdı.
Əlbəttə, kosmik araşdırmalar və gəlmələrlə bağlı məlumatlar çox təzadlıdır. Məsələn, hətta amerikanların Ay missiyası çoxlarında ciddi şübhə və ya sadəcə gülüş doğurur. Bunun da ciddi səbbələri var. Yeri gəlmişkən, heç kim anlaya bilmir ki, niyə amerikalılar özlərini belə aparır? Sanki onlar heç yerə uçmayıblar. Eləcə də bu durumda SSRİ rəhbərliyinin mövqeyi anlaşılan deyil. Onlar nə üçün ABŞ astronavtlarının Aya enməsini təkzib etməyib? Həmçinin indiki Rusiya rəhbərliyi də bu mövzuda susur.
Bu haqda fəlsəfə elmləri doktoru, anomal hadisələr üzrə tanınmış araşdırmaçı Vladimir Şemşuk bunları deyib:
“Amerikalılar Ayda olublar, orada daha inkişaf etmiş sivilizasiyanın nümayəndələri ilə üz-üzə gəliblər, ona görə də ABŞ dərhal bu proqramdan imtina edib və hələ də bu haqda susur. ABŞ-da elə bir siyasət yürüdürlər ki, onların Aya enməsinə istəyən inansın, istəməyən isə gülüb keçsin. (Bu haqda videoda)
Ayda yadplanetlilərin olması haqda birinci dərəcəli sınaq pilotu, Yuri Qaqarin də daxil olmaqla bir çox kosmonavtı şəxsən tanıyan inanılmış ufoloq Marina Popoviç də təsdiqedici fikir bildirib. Onun şəxsi araşdırmalarından sonra yaranmış maraqlı nəzəriyyəyə görə, Ay Yer kürəsindən fərqli olaraq atmosferinin yoxluğuna baxmayaraq, Günəş şüalanmasından fantastik şəkildə müdafiə olunub. “Beləliklə, mən o fikirdəyəm ki, Ay süni yaradılmış planetdir, ən azı bu səma cismini daha çox inkişaf etmiş sivilizasiyalar idarə edir”, - Popoviç vurğulayıb.