19 Dekabr 2017 08:16
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Smartfonlardan istifadə və xəstəliklər arasında dəqiq əlaqə aşkar edilməsə də, alimlər cihazlardan gələn potensial risk barədə düşünməyi təklif ediblər.

Teleqraf.com xəbər verir ki, smartfon və başqa cihazlardan çıxan elektromaqnit şüaları xərçəng və sonsuzluq riskini artıra bilər. Kaliforniyanın Səhiyyə Departamentində işləyən alimlər bu qənaətə gəliblər.

Cihazlar və xəstəliklər arasında dəqiq əlaqə aşkar edilməyib, ancaq alimlər bildiriblər ki, toplanmış məlumatlar narahatçılığa əsas verir.

Alimlər mümkün neqativ nəticələri minimuma endirmək üçün smartfonlardan istifadə edilmədikdə onları insan bədənindən bir və ya bir neçə metr məsafədə saxlamağı tövsiyə edirlər. (ICTnyus)


Müəllif: Teleqraf.com