Türkiyəyə sərmayə qoyacağı haqda xəbərlərlə gündəmə gələn Hollivud aktyoru Jan Klod Van Damm "Bәyaz Şou"nun qonağı olub.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Van Damm proqramda Türkiyəni çox sevdiyini və Türk insanını özünə bənzətdiyini deyib.
Teleaparıcı Bәyazid Öztürk proqramda Van Damm heyranı olan bir nəfərin mejasını oxuyub. Aktyor onunla canlı bağlantıda danışıb. Van Dam və əlil vətəndaşın studiyada qarşılaşması ilə duyğulu anlar yaşanıb.
Van Damm "Türk bir qadınla evlənərsənmi" sualına "Təbii ki evlənərəm, türk qızları çox gözəldir, niyə də evlənməyim",- deyə cavab verib.
Məşhur aktyor "Tәsbeh çevirərkən daha rahat danışıram" deyərək hamını güldürüb.