25 Dekabr 2017 08:05
2 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Uttar Pradeş bölgəsindəki kənddə yaşayan 3 yaşlı quyruqlu uşaq bölgə camaatı tərəfindən tanrı kimi qəbul edilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, insanlar Krişna Yadav adlı uşağa ibadət edir. Kənd camaatı hesab edir ki, 3 yaşlı uşaq tanrı Bajranqbalın reenkarnasiyasıdır.

Hindu meymun tanrısı kimi qəbul edilən Yadav quyruğunu çıxartdırmaq üçün əməliyyata aparılsa da hər dəfə sirli şəkildə xəstələnir və əməliyyat baş tutmur. Yadavın yaşadığı Kukudi adlı kəndə insanlar kilometrlərlə yol gələrək ona ibadət edir. Uşağın atası Ramsundar Yadav quyruğu tanrının neməti sayır. Həkimlər bunun artıq ət olduğunu deyərək körpənin həyatına hər hansı təhlükə yaratmadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər