Dəfnə yarpağı yeməklərə dad verməklə yanaşı saç tökülməsinə qarşı mübarizdə də təsirlidir.
Teleqraf.com xəbər verir ki, dəfnə yarpağından əldə edilən yağ antiseptik özəlliyə malikdir. Həmin yağ mikrobları öldürür, sidikqovucu, ağrıkəsicidir və tərləməyə qarşı effektlidir. Dəfnə yağından saç tökülməsinə qarşı istifadə edilir. Bu yağ saçları gücləndirir, kəpəyi yox edir. Yağ stress və gərginliyi azaldır, əzələ yorğunluğuna yaxşı təsir göstərir. Bu yağdan hazırlanan sabun saçları qidalandırır, onlara yumşaqlıq və parlaqlıq verir. Nəmləndirici təsirə malik olan sabun saç göbələyi yaranmasının da qarşısını alır. Bu sabun dərinin gözəlliyinə də kömək edir, dəridəki məsamələri açır və nəmləndirir.