14 Yanvar 2018 21:59
2 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç kilsəsində 30 il rahiblik edən 74 yaşlı Leif Skjetne adını dəyişərək Əhməd qoyub.

Teleqraf.com xəbər verir ki, Leif Skjetne üç il kilsədə onun yanında qalan mərakeşli gəncdən təsirlənərək adını dəyişib.

"Üç il öncə 18 yaşlı mərakeşli gənc evimə gəldi, ona sığınacaq verdim. Dörd ay öncə onu deportasiya etdilər. Ata-bala münasibətindəydik. Mən də onun ardınca mərakeşə getmək qərarı verdim və adımı dəyişərək Əhməd etdim", - deyə rahib bildirib.

O, İsveçdəki evini sataraq Mərakeşdən ev almaq istədiyini deyib:

"İsveçdə dostlarımdan başqa heç bir qohumum yoxdur. Fərqli ölkə olmasına baxmayaraq, Mərakeşdə yaşamaq istəyirəm. Bunun mənim üçün çətin olmayacağını düşünürəm".


Müəllif: Ayxan

Oxşar xəbərlər