Hondurasda 26 noyabrda keçirilən seçkilərə etiraz olaraq aksiyalar davam edir.
Teleqraf.com xəbər verir ki, dünyanın ən kriminal ölkələrindən biri sayılan Mərkəzi Amerika ölkəsində Juan Orlando Hernandezin növbəti dəfə prezident seçilməsi insanların etirazına səbəb olub.
Aksiyaların birində qeyri-adi etiraz formasından istifadə olunub. Qızlar polisin qarşısında tverk rəqsi ediblər. Ehtiraslı rəqslə müşayiət olunan aksiya sosial şəbəkədə maraqla izlənilib.