Tayvanda müflisləşmək üzrə olan küçə satıcısı böhrandan çıxmaq üçün qeyri-adi üsula əl atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, kiçik sahibkar tanınmış modeli bir günlük işə götürüb.
"Little Peach" (Kiçik şaftalı) adı ilə tanınan modelin gözəlliyi insanları heyran edib. Vivi adlı modelin sayəsində sahibkarın gündəlik gəliri əvvəlkində 4 dəfə çox olub.