18 Fevral 2018 09:50
4 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin sabiq əməkdaşı Robert Merritt heyrətləndirici açıqlaması ilə gündəmə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun Ağ Evdə yadplanetlilərlə bağlı gizli informasiyaları özündə cəmləşdirən zaman kapsulunu saxladığını bildirib.

Onun dediyinə görə, kapsul Ağ Evin ən alt mərtəbəsində yerləşib və onun yerini ancaq Nikson özü bilib.

Merritin bildirib ki, Nikson Votergeyt qalmaqalından sonra bu qərara gəlib və başa düşüb ki, onun hakimiyyətinin sona çatmasına az qalıb.

Bu kapsul gələcək nəsilin yadplanetlilərlə bağlı məlumatlara yiyələnməsi üçün saxlanılmışdı. Gizli sənədlərdə ötən əsrin 40-cı illərində amerikalı hərbçilər tərəfindən aparılmış bütün araşdırmalar yer alıb:

“Nikson həmin sənədlərdə bildirir ki, Yeni Meksikadan olan alimlər başqa planetdən gəlmələrlə əlaqə qurmağa çalışıb və onlardan lazımı informasiya ala biliblər. Bu informasiyanın köməyi ilə alimlər elmdə və texnologiyada bir çox yeniliklər ediblər. Nikson istəmirdi ki, onun bu sirli kapsulu haqqında Federal Təhlükəsizlik Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi və digər siyasətçilər xəbərdar olsun”.

Merritt əmindir ki, kapsul yaxşı gizlədilib və hələ də Ağ Evin həmin hissəsində qalır.


Müəllif: Samir