20 Fevral 2018 09:15
2 929

Ufoloq Corc Qrehem NASA-nın Ayda çəkdiyi fotoları araşdırarkən qeyri-adi obyekt aşkar edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aşkarlanan obyekt düzbucaqlı formada, qara rəngdədir.

Corc əvvəlcə bunu fotonun öz qüsuru kimi qəbul edib. Bir müddət sonra həmin istiqamətdən çəkilən fotolarda eyni obyektin görünməsi ufoloqu araşdırmalara vadar edib.

Corcun ilkin iddialarına görə, bu qara obyekt yadplanetlilərin hərbi bazasına girişdir.

Məlumatlara görə, obyekt “Çane-3” stansiyasından 400 metr aralıda yerləşir.


Müəllif: Samir